"Barselona"nın üzvü Pau Kubarsi şəxsi rekordunu yeniləyib.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı müdafiəçi cari mövsüm artıq 3262 dəqiqə meydançada olub. Bu, 2023/24 mövsümündəkindən 506 dəqiqə çoxdur.

Kubarsi "Barselona"nın heyətində bu mövsüm bütün turnirlərdə ümumilikdə 44 matç keçirib. O, 1 qol vurub, 3 məhsuldar ötürmə edib.