Bu gün Azərbaycan Basketbol Liqasının müntəzəm çempionatının sonuncu, XX turunda daha iki görüş keçirilib.

Offsideplus.az xəbər verir ki, hər iki oyun A qrupu çərçivəsində baş tutub.

"Abşeron" - "Neftçi" qarşılaşması formal xarakter daşıyıb. Çünki nəticədən asılı olmayaraq, "Neftçi" qrupu 3-cü, "Abşeron" isə 4-cü sırada başa vurub.

"Sərhədçi" və NTD arasında keçirilən görüşdə isə qalib tərəf birincilər olub. 

XX tura sabah yekun vurulacaq. Daha sonra play-in mərhələsi start götürəcək.

Azərbaycan Basketbol Liqası, XX tur

19:00 "Abşeron" - "Neftçi" 77:85 (20:22; 20:21; 21:14)

Abşeron OİK

19:00 "Sərhədçi" - NTD  103:77 (29:14; 24:23; 25:19; 25:21)

Bakı İdman Sarayı