Mets Hummels futbolçu karyerasını bitirəcəyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "Roma"nın müdafiəçisi cari mövsümün sonunda İtaliya klubunu tərk edəcək və futbolla vidalaşacaq.
36 yaşlı futbolçu karyerası ərzində 3 klubda - "Bavariya", "Borussiya" (Dortmund) və "Roma"da forma geyinib.
Qeyd edək ki, Hummels 2010-2023-cü illərdə Almaniya milli komandasının formasını geyinib.