Münhen “Bavariya”sının oyunçusu Camal Musiala koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçinin testi müsbət nəticələnib.
O, öz evində təcrid olunub. Musiala Çempionlar Liqasının “Viktoriya” (Plzen) ilə matçını buraxacaq. Qeyd edək ki, Camal bu mövsüm bundesliqada keçirdiyi 8 oyunda 5 qol vurub.