Bakının "Sabah" klubunun məşqçisi Aleksey Antonyuk sərt cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, rusiyalı məşqçi dünən Azərbaycan Kuboku uğrunda yarışın yarımfinal mərhələsi çərçivəsində "Neftçi"yə qarşı oyundakı (2:1) hərəkətinin güdazına gedib. O, matçın 90+3-cü dəqiqəsində hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
AFFA İntizam Komitəsi A.Antonyuku 3-ü şərti olmaqla 5 oyun diskvalifkasiya edib. Sınaq müddəti 3 ay müddətinə nəzərdə tutulub. Eyni zamanda “Sabah” 4000 manat cərimələnib.
“Neftçi” klubu da cərimədən yaxasını qurtara bilməyib. Azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “ağ-qaralar" AFFA-nın büdcəsinə 1500 manat keçirməlidirlər.