I Liqanın autsayderi "Qaradağ Lökbatan"a texniki məğlubiyyət verilib.
Offsideplus.az xəbər verir ki, buna çempionatın XX turda “Cəbrayıl”la qarşılaşmada baş verən hadisə səbəb olub.
Belə ki, “Qaradağ Lökbatan”ın məşqçi korpusu adları matçın protokolunda olmayan futbolçuları meydançaya buraxıblar.
AFFA İntizam Komitəsi kluba 0:3 hesablı texniki məğlubiyyət verməklə yanaşı, 400 manat cərimələyib.
Qeyd edək ki, həmin görüş 0:0 hesabı ilə başa çatmışdı.
"Qaradağ Lökbatan"da kapitan sarğısını milli komandamızın və "Neftçi"nin keçmiş futbolçusu Araz Abdullayev daşıyır.