"Tottenhem" icarə əsasında heyətində olan Timo Verneri birdəfəlik transfer etməyi düşünmür.

Offsideplus.az xəbər verir ki, almaniyalı futbolçu müqavilə ilə məxsus olduğu "Leyptsiq"ə qayıdacaq. Bu barədə insayder Fabritsio Romano məlumat verib.

Verner ilyarımdır London klubunda çıxış edir. O, cari mövsümdə 27 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.