Misli Premyer Liqasında XXIX turun “Səbail” - “Turan Tovuz” oyunundan sonra baş verən xoşagəlməz olayla bağlı AFFA İntizam Komitəsinin qərarı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, həmin matçın final fitindən sonra “Turan Tovuz”un futbolçusu Veysəl Rzayevlə komandanın fanatları arasında insident yaşanıb.
İntizam Komitəsi 22 yaşlı yarımmüdafiəçini azarkeşi vurmağa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyunluq cəzalandırıb.
Bununla yanaşı, Tovuz klubu 2000 manat cərimə ödəyəcək.
Futbolçunun şərti cəzası üçün 3 aylıq sınaq müddəti nəzərdə tutulub.