Ukrayna yığmasının və İngiltərənin "Çelsi" klubunun futbolçusu Mixail Mudrikin təkrar dopinq-testinin nəticəsi müəyylənəşib.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçidən götürülən B testi də müsbət çıxıb. 

Məlumatı ukraynalı jurnalist İqor Tsınyak yayıb. 

Həm A, həm də B testinin müsbət nəticə verməsi futbolçunun 4 ilədək diskvalifikasiya ediləcəyi anlamına gəlir.  

B testinin nəticəsi ilə bağlı məlumat "Çelçi" rəsmiləri və Mudrikin yaxınları tərəfindən gizli saxlanılır. Ukraynalının vəkilləri intizam orqanlarının rəsmi qərarı açıqlanmayana qədər bəyanat yaymağı məqsədəuyğun saymırlar.

Xatırladaq ki, Mudrikin yasaq olunmuş maddə qəbul etməsi ilə əlaqədar ilk məlumat 2024-cü il dekabrn 17-də açıqlanıb. Həmin vaxt A testi müsbət çıxan futbolçu artıq 4 aya yaxındır yaşıl meydançalardan kənar qalıb.