Naxçıvanda uşaq futbolçular arasında çempiontlara start verilib.

Offsideplus.az xəbər verir ki, U-10, U-11, U-12, U-13, U-14, U-15 və U-16 yaş qruplarnda Azərbaycan çempionatının Naxçıvan zonası üzrə oyunları başlanıb.

Yarış AFFA və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Aprelin 20-dək davam edəcək çempionatda ümumilikdə 42 komanda və 650-yə yaxın futbolçu iştirak edir. Uşaqlar bacarıqlarını 5 stadionda - Naxçıvan şəhər stadionu, Uzunoba Təlim-Məşq Bazası, Sədərək, Ordubad stadionları və Şərur OİK bazasında gösrərirlər. Qarşılaşmalara Naxçıvanın 16 hakimi cəlb olunub.
U-13, U-14, U-15 və U-16 liqalarının qalibləri Bakıda keçiriləcək Azərbaycan çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.