"Artyom Dovbik bilməlidir ki, İtaliya A seriyasında yunan-Roma güləşi ilə məşğul olmaq lazımdır. Bu baxımdan o, öz üzərində işləməlidir".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Roma"nın baş məşqçisi Klaudio Ranyeri deyib.

Təcrübəli mütəxəssis hücum xəttində oynayan futbolçularının çıxışına toxunarkən, vacib məqamı vurğulyab: "Eldar Şomurodov oyundan çıxanda, bəlkə Dovbik özünü tək hiss edir. Ancaq biz əlimizdə olan imkanlardan maksimum yararlanmalıyıq."

Qeyd edək ki, "Roma" hazırda 7-ci yerdə qərarlaşıb.