"Sampdoriya" İtaliya B Seriyasında çətin günlər keçirir.

Offsideplus.az xəbər verir ki, genuyalılar hazırda 32 xalla 20 komanda arasında 18-ci yeri tutur. 

"Sampdoriya" buna görə də komandanı xilas etmək üçün Roberto Mançiniyə təklif aparıb. 60 yaşlı mütəxəssis bu təklifi ciddi şəkildə düşünür.

Bu barədə italiyalı insayder Canluka Di Martsio məlumat verib.

Xatırladaq ki, Mançini futbolçu kimi 15 il "Sampdoriya"nın formasını geyinib. O, son alaraq Səudiyyə Ərəbistan yığmasını çalışdırıb.