2024-25 Türkiyə Superkuboku yeni formatla oynanacaq.
Offsideplus.az xəbər verir ki, bu formata görə turnirdə 4 komanda iştirak edəcək: Süper Liqa çempionu, ikincisi, Türkiyə Kuboku çempionu və finalçısı.
Bu komandalar arasında dördlü final keçiriləcək.
Əlavə edək ki, bu sistemdən İtaliya və İspaniya da istifadə edir.
Xatırladaq ki, Türkiyə Superkubokunun son sahibi "Beşiktaş"dır.