UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko"nu üstələyən Madrid "Real"ının futbolçuları böyük məbləğdə pul mükafatı alıblar.

Offsideplus.az xəbər verir ki, "kral klubu"nun prezidenti Florentino Peresin dramatik keçən oyundan sonra komanda üzvlərinin layiqincə mükafatlandırılması qərarını verib. 

Belə ki, start heyətdə meydançaya çıxan hər bir futbolçu bu uğur sayəsində 250 min avro qazanıb.

Məbləğin fantastik olması İspaniya mətbuatında təəccüb doğurub, müzakirələrə səbəb olub.

Xatırladaq ki, "Atletiko" ilə matçlarda əsas və əlavə vaxtlarda qalibi müəyyənləşdirmək mümkün olmayıb - 2:1; 0:1. "Real" yalnız penaltilər seriyasında qalib gələrək, 1/4 finala yüksəlib. Bu mərhədələ komandanın rəqibi "Arsenal" olacaq.