"Barselona" qapıçısı barədə qərar verib.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi Voyçex Şesni ilə yeni müqaviləyə hazırlaşır. Məşhur insayder Fabritsio Romano polşalı qolkiperin klubla sözləşmənin müddətini 2026-cı ilin iyun ayınadək uzadacağını açıqlayıb.
Müqavilənin son detalları müzakirə olunur. Baş məşqçi Hansi Flikin təsdiqindən sonra yeni anlaşmanın imzalanması yaxın günlərdə gerçəkləşəcək.