U-12 Basketbol Liqasında üçüncü turun oyunları başa çatıb və komandaların turnir cədvəlində mövqeləri daha da dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, "A" qrupunda mübarizə yüksək tempdə davam edir. "Naxçıvan" U-12, "Neftçi" U-12 və "Abşeron" U-12 komandaları iki qələbə qazanaraq liderlik uğrunda mübarizəni davam etdirirlər. Digər komandalar – NTD U-12, "Sabah" U-12 və "Sərhədçi" U-12 isə ilk üçlüyə yaxınlaşmaq üçün mübarizəni sürdürür.

"B" qrupunda "Sumqayıt" U-12 və "Gəncə" U-12 komandaları turnirdə məğlubiyyətsiz irəliləyir. Onları "Quba" U-12, "Lənkəran" U-12, "Şəki" U-12 və "Ordu" U-12 komandaları izləyir.

Turnirin reqlamentinə görə, qrup mərhələsinin sonunda ilk iki yeri tutan komandalar birbaşa pley-off mərhələsinə yüksələcək. Digər iştirakçılar isə pley-in mərhələsində növbəti mərhələyə adlamaq üçün mübarizə aparacaq.