PSJ klubu Fransa Liqa 1-də çempionluğunu rəsmiləşdirib. 

Offsideplus.az xəbər verir ki, "Anje"yə 1:0 hesabı ilə qalib gələn Luis Enrikenin komandası xallarının sayını 74-ə çatdırıb. Bununla da parislilər mövsümün yekunlaşmasına 6 tur qalmış titula yiyələnib.

Qeyd edək ki, PSJ tarixində 13-cü dəfə Fransa çempionu olub.