Fransa klubu "Nitsa"nın futbolçuları - Terem Moffi və Ceremi Boqa öz azarkeşləri tərəfindən döyülüb.
Offsideplus.az xəbər verir ki, komanda "Loryan" səfərindən qayıdarkən azarkeşlər bu oyunçuları avtobusdan endirib və döyüb.
Onlara qarşı irqçi hərəkətlər də olunub.
Qapıçı Yevan Diuf futbolçuları güc-bəla ilə azarkeşlərin əlindən qurtarıb.
Bu barədə Fransa mətbuatı məlumat yayıb.
"Nitsa" son 4 oyunda məğlub olub. Onlar hazırda 17 xalla Liqa 1-də 10-cu yerdədilər.



