"Bavariya" klubu mövsümün sonunda komandadan getmək qərarına gələn Tomas Müllerlə bağlı bəyanat yayıb.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi 35 yaşlı yarımmüdafiəçi üçün vida matçı təşkil edəcək.

"Almaniya rekordçusu Müllerin möhtəşəm karyerası səbəbilə vida oyunu təşkil olunacaq. Bundan başqa, dünya çempionu və treblin ikiqat qalibi "Bavariya"nın heyətində son görüşlərini 15 iyun - 13 iyul aralığında ABŞ-da baş tutacaq klublararası dünya çempionatında keçirəcək", - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, Müller 2000-ci ildən "Bavariya"da yer alır. O, bu müddət ərzində 743 oyunda 247 qol vurub, 273 məhsuldar ötürmə verib. İstedadlı futbolçu 12 dəfə Almaniya çempionu olub, 2 dəfə Çempionlar Liqasını qazanıb.