"Sabah" Futbol Akademiyası uşaqlar üçün yeni fürsət təqdim edir.

Offsideplus.az xəbər verir ki, futbolçu olmağı arzulayan uşaqlar "Sabah"ın heyəti də yer ala bilərlər.

Bu məqsədlə apreldə 24-25-də Göygöl Olimpiya İdman Kompleksində, aprelin 29-30-da isə Lənkəran Olimpiya İdman Kompleksində seçimlər olacaq. Mayda Bakıda da analoji seçimlərin keçirilməsi nəzərdə tutulur. 

Müsabiqəyə 2009-2015-ci il təvəllüdlü uşaqlar qoşula bilərlər.

"Sabah" Futbol Akademiyası seçim turlarını "Azərlotereya" ilə birgə təşkil edəcək.

Qeyd edək ki, ötən il "Azərlotereya" dəstəyi ilə Tərtər, Ağcabədi, Zaqatala, Ağsu, Naftalan, Bərdə, Yevlax, Goranboy və Abşeron rayonlarını əhatə edən seçimlərdə 600-ə yaxın uşaq iştirak edib.