"Yuventus mənə kifayət qədər vaxt vermədi.

Offsideplus.az xəbər verir ki, bunu "qoca sinyora"nın sabiq məşqçisi Tiaqo Motta deyib. O, gördüyü işin o qədər də pis olduğunu düşünmür:

"Layihənin uğursuz olduğunu düşünmürəm. Çempionlar Liqası və İtaliya Kubokundakı vəziyyətdən razı deyiləm, bəli". 

O, mediada yazılanların da doğru olmadığını bildirib:

"Futbolçularım heç vaxt mənə qarşı olmayıblar. Mətbuatda dedilər ki, onların heç biri məni istəməyib, bu yalandır.

Cuntoli (idman direktoru) mənə heç vaxt pis söz deməyib. Mətbuatda yazılanlar yalandır".

42 yaşlı mütəxəssis əsas peşmançılığını da açıqlayıb:

"Əgər geri dönə bilsəydim, son iki matçdakı start heyətini dəyişərdim".