Markus Reşford "Aston Villa"da daimi qalmaq üçün məvacibini azaltmağı düşünməli olacaq.

Offsideplus.az xəbər verir ki, ingilis hücumçu "Mançester Yunayted"də həftəlik 350 min funt-sterlinq qazanırdı. O, Birmingem klubuna birdəfəlik transfer olmaq üçün maaşında azalma edilməsinə razı olmalıdır.

Bu barədə "Football Insider" portalı məlumat yayıb.

Reşford bu ilim yanvar ayından bəri icarə əsasında "Aston Villa"da çıxış edir. O, yeni klubunda 11 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.