Misli Premyer Liqasının XXIX turunda "Turan Tovuz" Bayılda "Səbail"lə oyundan 0:0 hesablı bərabərliklə ayrılıb. 

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev qarşılaşmanı şərh edib:

"Bu gün 2 xal itirdiyimizi yaxşı başa düşürük. İlk hissədə ehtiyatlı oynayıb, ikinci hissədə daha yaxşı çıxış etdik. Bir qolumuz çatmadı. Qalan matçlarda son oyunlardan daha yaxşı oynayacağımıza ümid edirik".