Misli Premyer Liqasında XXIII tura start verilib.
Offsideplus.az xəbər verir ki, açılış matçı Yevlaxda baş tutub.
"Karvan-Yevlax" "Sumqayıt"ı qəbul edib.
Görüşdə heç-heçə qeydə alınıb.
Yevlax təmsilçisi görüşün dəqiqələrində vurduğu qolla 1 xal qazanıb.
Onlar 8 xalla sonuncu - 12-ci yerdədir. "Sumqayıt"ın isə 32 xalı var.
Misli Premyer Liqası, XXIII tur
7 mart (şənbə)
15:00. “Karvan-Yevlax” - “Sumqayıt” 1:1
Qollar: Coy Slayd Mikels, 90+4' - Səbuhi Abdullazadə,51 (penalti)
Qaçırılan penalti: Rüstəm Əhmədzadə ("Sumqayıt")
“Karvan-Yevlax”: 99. Pedro Mateuş 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 21. İmani Barker
Baş məşqçi: Füzuli Məmmədov
“Sumqayıt”: 22. Xəyal Fərzullayev 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 72. Rayan Senhadji 6. Sedrik Badolo 33. Danilo Beskorovaynıy 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç
Baş məşqçi: Saşa İliç
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Fərid Hacıyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Asif Əliyev
Yevlax şəhər stadionu


