“Real Madrid” klubunda "Mançester Siti" ilə oyundan əvvəl ab-hava bəlli olub.

Offsideplus.az xəbər verir ki, klub daxilində hesab edirlər ki, Cud Bellinqem və Kilian Mbappe zədədən qayıtmasa, “Mançester Siti”ni turnirdən kənarlaşdırmaq demək olar ki, mümkün olmayacaq.

Kluba yaxın mənbələrin məlumatına görə, Madrid təmsilçisinin məşqçi heyəti və rəhbərliyi hər iki futbolçunun mümkün qədər tez sıraya qayıtmasını gözləyir. Onların yoxluğu komandanın hücum gücünü və oyunun balansını ciddi şəkildə zəiflədir.

Qeyd olunur ki, “Real Madrid” üçün “Mançester Siti” ilə qarşıdakı qarşılaşma mövsümün ən kritik oyunlarından biri hesab olunur və Bellinqemlə Mbappenin iştirakı bu dueldə həlledici amil kimi qiymətləndirilir.