“Aston Villa” klubunun qapıçısı Emiliano Martines İngiltərə Futbol Assosiasiyasının (FA) mərc şirkətlərinin reklamı ilə bağlı qaydalarını pozmaqda ittiham oluna bilər.
Offsideplus.az xəbər verir ki, argentinalı qapıçı öz ölkəsində fəaliyyət göstərən idman mərc saytı ilə əməkdaşlıq edir. Şirkətin yaydığı açıqlamada bildirilib ki, Martines artıq bir ildən çoxdur brend səfiri kimi fəaliyyət göstərir.
Lakin FA qaydalarına əsasən, İngiltərədə çıxış edən peşəkar futbolçuların mərc fəaliyyətini şəxsən reklam etməsi və ya təşviq etməsi qadağandır. Futbolçuların özlərinin iştirak etməsi qadağan olunan mərc fəaliyyətlərini tanıtması qaydaların pozulması kimi qiymətləndirilə bilər.


