"Qarabağ"ın 15 yaşlı üzvü Əli Bəşirov karyerasını Fransada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçinin nümayiş etdirdiyi oyun Liqa 1 təmsilçisi "Strasburq"un diqqətini çəkib.

Potensialı ilə Qurban Qurbanovun diqqətini çəkən Əli, yaşının az olmasına rəğmən bu qış klubun Antalya toplanışında iştirak edib.

Azərbaycanın U-18 yığmasının üzvü olan futbolçu, bu yaxınlarda Belarusda təşkil olunan Beynəlxalq İnkişaf Turnirində vurduğu baxımlı qolla yadda qalıb.

Ə.Bəşirov artıq "Strasburq"dan rəsmi baxış dəvəti alıb. May ayında Fransaya yollanacaq istedadlı oyunçunun gənclərdən ibarət komandanın düşərgəsində 10-15 günlük sınaq keçəcəyi gözlənilir.

Gənc istedad baxış müddətində məşqçilər heyətini razı sala bilsə, yeni mövsümdən Fransa klubuna transfer olunacaq.

(qol.az)