"Sumqayıt" komandasının son dövrlər qeyri-stabil çıxışı klub rəhbərliyini ciddi addımlar atmağa vadar edib.
Misli Premyer Liqasının 19-cu turunda “Zirə”yə 2:3 hesablı məğlubiyyətdən sonra klub prezidenti Riad Rəfiyev paltardəyişmə otağında futbolçularla çox sərt şəkildə danışıb.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Saşa İliş “Karvan-Yevlax”la oyunda heyətə əl gəzdirəcək.
Nadir Orucov, Nihat Əhmədzadə, Vüsal Paşayev, Xəyal Fərzullayev, Sənan Muradlı kimi gənc oyunçuların meydana start heyətində çıxması gözlənilir.
Bu isə əsas heyətə bir mesaj kimi dəyərləndirilib.
Qeyd edək ki, hazırda 31 xalı olan “Sumqayıt” turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.


