"Qarabağ"ın futbolçusu Emmanuel Addai ilə bir neçə İngiltərə klubu yaxından maraqlanır.

Offsideplus.az "Football Insider" portalına istinadən xəbər verir ki, burada verilən məlumata görə, qış "transfer pəncərəsi"ndə vinger üçün rəsmi təklif göndərən "Ayntraxt" hələ də onu izləyir.

İtaliyanın "Napoli" klubu da onu diqqət mərkəzində saxlayır.

Addainin "Qarabağ"la müqaviləsi cari mövsümün sonunda başa çatır.

O, yayda istədiyi kluba azad agent kimi keçə bilər.

Addai cari mövsüm 38 oyunda 6 qol vurub və 2 məhsuldar ötürməyə imza atıb.