"Qarabağ"ın futbolçusu Leandro Andrade klubun heyətində yubiley matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçunun "köhlən atlar"da 200-cü oyunu Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Şamaxı" üzərində qazanılan qələbəyə (3:1) təsadüf edib.
O, bu oyunlarda 54 qol və 58 məhsuldar ötürməyə imza atıb.
2021/2022 mövsümündən bəri Ağdam təmsilçisinin uğurları üçün tər tökən Andrade, bu müddət ərzində komandanın əsas simalarından birinə çevrilməyi bacarıb.


