UFC-nin prezidenti Dana Uaytdan azərbaycanlı MMA azarkeşlərini sevindirəcək bir xəbər gəlib.

Offsideplus.az xəbər verir ki, UFC rəsmisi yenidən Azərbaycana gələcəklərini söyləyib:

"Yaxın müddətdə yenidən Azərbaycanda bir tədbir keçirəcəyik.

Gürcüstan və Cənubi Afrika Respublikasına da getmək istəyirik".

Qeyd edək ki, Bakıdakı ilk UFC tədbiri ötən ilin yayında baş tutub.