Azərbaycan Kubokunun 2025/2026 mövsümündə ilk dəfə qalib penaltilər seriyası ilə müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 1/4 final mərhələsinin "Qəbələ" – "Sabah" duelində (0:0, 3:3) paytaxt təmsilçisi 4:2 hesabı ilə üstün gələrək yarımfinala yüksəlib.
"Sabah" tarixində ikinci dəfə penaltilər seriyasında qələbə qazanıb. Maraqlıdır ki, klubun sonuncu belə uğuru ötən mövsüm (2024/2025) 1/8 finalda "Turan Tovuz"a qarşı qeydə alınmışdı.
"Qəbələ" isə kubok matçlarında 5-ci dəfə penaltilər sınağı ilə üzləşib. "Qırmızı-qaralar" bu seriyalarda 3-cü məğlubiyyətini alıb (əvvəlki 2 qələbə "Bakı" və "Zaqatala", 2 məğlubiyyət isə "Neftçi"yə qarşı olub).
Bu nəticə ilə ölkə kuboku tarixində ümumilikdə 35-ci dəfə qalibi müəyyənləşdirmək üçün 11 metrlik zərbələrə ehtiyac duyulub.


