9-15 mart tarixlərində Serbiyanın Zrenyanin şəhərində keçiriləcək güləş üzrə U23 Avropa çempionatında ölkəmizi təmsil edəcək heyətlər müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, ilin ilk qitə birinciliyinə üç növ üzrə komandalarımız qatılacaq.

Sərbəst güləşdə Cəbrayıl Həsənovun rəhbərliyi altında 10 güləşçi (57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq) mübarizə aparacaq.

Qadın güləşində estafeti Toğrul Əsgərovun yetirmələri olan 6 idmançı (50, 53, 55, 59, 62 və 72 kq) davam etdirəcək.

Yunan-Roma güləşində isə çempionatın son günlərində Məhəmməd Bənanın rəhbərlik etdiyi tam heyət (55 kq-dan 130 kq-a qədər) xalçaya çıxacaq.

Turnirdə ölkəmizi hakimlik korpusunda Vüqar Şükürov və Kamran Əliyev təmsil edəcəklər.