“Kəpəz” də struktur dəyişikliyi həyata keçirilib.
Offsideplus.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, klubun infrastruktur rəhbəri Ruslan Məmmədov icraçı direktor vəzifəsinə təyin olunub.
Akademiyanın administratoru Fərid Heydərov isə İnfrastruktur meneceri kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, hazırda 16 xalı olan “Kəpəz” turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.


