Azərbaycan çempionatlarında fevral ayının ən yaxşı qollarını vuran oyunçuların adları məlum olub.
Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi məlumat yayıb. Münsiflər heyətinin keçirdiyi səsvermənin nəticələrinə əsasən,
Misli Premyer Liqasında "Ayın qolu" mükafatına "Neftçi"nin üzvü Alessio Kurçi layiq görülüb.
I Liqada Elşən Abdullayev ("Baku Sportinq"), II Liqada isə Əli Bağırov ("Ağstafa Gəncləri") ayın ən gözəl qolunun müəllifi kimi seçiliblər.


