“La Liqa” rəsmi olaraq açıqlayıb ki, 12 aprel tarixi çempionatda 100% retro gün kimi qeyd olunacaq.
Offsideplus.az xəbər verir ki, qərara əsasən, İspaniyanın əsas və ikinci liqasında çıxış edən komandalar həmin gün oyunlara klublarının ən məşhur retro formalarında çıxacaqlar. Layihə təkcə formalarla məhdudlaşmayacaq – yayımlarda istifadə olunan qrafiklər, oyun topu və hakimlərin geyimi də retro üslubda olacaq.
Bununla belə, “Real Madrid” bu təşəbbüsə qoşulmamaq qərarı verib və retro gün çərçivəsində xüsusi forma ilə meydana çıxmayacaq.


