Peşəkar Futbol İntizam Komitəsi (PFDK) "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis rəqib komandanın nümayəndəsinə (red. - Okan Buruk nəzərdə tutulur) qarşı idmançıya yaraşmayan hərəkət etdiyi üçün 3 oyun buraxmalı olacaq. Fred 3, Mert Hakan Yandaş 1 oyunda "Fənərbağça"ya yardım edə bilməyəcək. Bu şəxslər cəzalarını kubok oyununda çəkəcəklər.
Komandanın məşqçisi Salvatore Futi isə rəqib oyunçunu təhqir etdiyi üçün 4 oyunluq cəza alıb.