İspaniya La Liqasının XXX turunda "Real Madrid" evdə "Valensiya"ya 1:2 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, "Kral klubu" 17 il sonra "Santyaqo Bernabeu"da "yarasalar"a uduzub. Bu, rəqib komandanın ilk səfər qələbəsi olub. Oyunda hesabı 17-ci dəqiqədə Muxtar Diakabi açıb. Vinisius Junior 50-ci dəqiqədə hesaba tarazlıq gətirsə də, son nöqtəni 90+5 dəqiqədə Hüqo Duro qoyub.
Oyunda vurulan qolları təqdim edirik: