"Fənərbağça" sabah Türkiyə Super Liqasında növbəti oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" doğma meydanında "Trabzonspor"u qəbul edəcək. "Qalatasaray"ın oynamayacağı həftədə Joze Mourinyonun yetirmələri mütləq 3 xal qazanmağı planlaşdırır.
Portuqaliya mütəxəssis bu matçda sistemdə dəyişikliyə getməyi düşünür. Bu barədə Türkiyənin "Ajansspor" portalı məlumat yayıb.
Mourinyo beşli müdafiədən dördlüyə keçməyi düşünür. O, son məşqlərdə bu sistemdən istifadə edib.
Əlavə edək ki, "Fənərbağça" - "Trabzonspor" matçı sabah Bakı vaxtıyla saat 20:00-da start götürəcək.