Tələbələr arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Azərbaycan Kuboku uğrunda mübarizə davam edir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, "Xəzər İntellektual Gənclər Klubu" İctimai Birliyinin va Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar ittifaqinın birgə təşkilatçılıği ila reallaşdırılan "Tələbələrarası Azərbaycan Kuboku" layihəsi çərçivəsində Bakıda və regionlarda "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə seçim turları uğurla keçirilir.
Turnirdə ölkənin 10 regionunu və Bakı şəhərini təmsil edən ali təhsil müəssisələri iştirak edir.
Layihədə iştirak etmək üçün (https://shorturl.at/xzzbU) Xəzər intellektual Gənclər lubuna müraciət etmək mümkündür.
Qeyd edək ki, final mərhələsində fərqlənən komandalar kubok, medal və dəyərli hədiyyələrlə təltif olunacaqlar. Bu təșəbbüs, gənclər arasında intellektual fəaliyyətin stimullaşdırılması və onların milli-mədəni irsimizlə daha yaxından tanıș olmaları þaxımından mühüm əhəmiyyət kəsb edir.
Ətraflı məlumat üçün:
https://shorturl.at/xzzbU
https://shorturl.at/Atqd1