AFFA-ya 2024-cü ildə 44 347 238 manat vəsait daxil olub.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın Maliyyə Departamentinin rəisi Emin Nəcəfov XXXIII Hesabat Konfransında məlumat verib.
O bildirib ki, bu vəsait daxili və xarici mənbələrdən gəlib: "Başda SOCAR olmaqla, FIFA, UEFA və digər qurumlardan daxilolmalar baş verib. Məbləğin 38 faizi xarici, 62 faizi isə daxili mənbələr sayəsində mümkün olub. Əsas milli komandaya və aşağı yaş qruplarından ibarət yığmaların təlim-məşq toplanışlarına, həmçinin səfər xərclərinə 15 708 658 manat sərf edilib".
AFFA-nın 2024-cü ildə xərcləri 33 438 355 manat təşkil edib.