Misirli futbolçu Məhəmməd Salah karyerasını "Liverpul"da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı vingerin bu yay başa çatan sözləşməsi daha 2 illik uzadılıb. Bu barədə klub rəsmi saytından açıqlama verib.

Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. O, cari mövsüm 45 oyunda 32 qol vurub və 22 məhsuldar ötürmə edib.