İngiltərənin" İpsviç" klubunun hücumçusu Liam Delap bir çox komandanın diqqət mərkəzindədir.

Offsideplus.az xəbər verir ki, əgər onun komandası aşağə liqaya yuvarlanarsa, 22 yaşlı futbolçunun sərbəstqalma məbləği 40-dan 30 milyon funt-sterlinqə düşəcək.

Bu barədə "Sky Sports" məlumat yayıb.

"İpsviç" hazırda 20 xalla Premyer Liqada 18-ci yeri tutur. Onlar ən yaxın rəqibindən 12 xal geridədir və möcüzə baş verməsə, növbəti mövsüm Çempionşipdə çıxış edəcəklər.

Delap cari mövsümdə 30 oyunda 12 qol vurmağı bacarıb. O, həmçinin 2 məhsuldar ötürmə də edib.