"Çelsi" Konfrans Liqasının 1/4 final mərhələsində səfərdə "Legiya" ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, "zadəganlar" matçdan 3:0 hesablı qələbə ilə ayrılıb. Görüşdə ilk qolu 19 yaşlı Tayrik Corc vurub.
Bu, gənc futbolçunun ilk professional qolu olub. Corc cari mövsümdəki 18-ci oyununda qol hesabını açmağı bacarıb.
Əlavə edək ki, komandalar arasındakı cavab qarşılaşması aprelin 17-də keçiriləcək.