Bu gün Azərbaycan Basketbol Liqasının VIII turunda daha iki oyun baş tutub.

Offsideplus.az xəbər verir ki, A qrupunda “Abşeron Lions” NTD ilə qarşılaşıb və qələbə qazanıb: 102:87.

B qrupunda isə “Naxçıvan” “Lənkəran”la üz-üzə gəlib. Bu görüşdən Naxçıvan təmsilçisi 82:75 hesablı qələbə ilə ayrılıb. 

Matç saat 20:00-da start götürüb və hər iki oyun “Sərhədçi” İdman Mərkəzində baş tutub.