"Real Madrid"in ulduzu mövsüm sonu komandadan ayrılacaq.
Offsideplus.az xəbər verir ki, söhbət David Alabadan gedir. Klubla David Alaba arasında gələcəklə bağlı qərar artıq rəsmiləşib.
Avstriyalı müdafiəçi mövsümün sonunda madridliləri tərk edəcək və klub onunla yeni müqavilə imzalamayacaq. Artıq bunu kluba yaxın bir çox mənbə təsdiqləyib.
Onun hansı komandaya qoşulacağı isə hələlik məlum deyil.



