"Qarabağ"ın sabiq hücumçusu Juninyo Braziliyada klubunu dəyişə bilər.
Offsideplus.az xəbər verir ki, 29 forvard "Bahia" ilə danışıqlar aparır.
Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Hücumçu axtarışında olan "Qarabağ" da onu geri qaytarmaq istəyirdi.
Juninyo bu ilin yanvarında Ağdam klubundan ayrılıb "Flamenqo"ya qoşulmuşdu. O, "qırmızı-qaralar"ın əsas heyət üzvlərindən birinə çevrilə bilməyib. Buna görə də onun qış "transfer pəncərəsində" komandanı tərk edəcəyi gözlənilir.



