Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütlükləri bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu, 1/8 final mərhələsinin oyunlarından sonra müəyyənləşib.

1/4 final mərhələsinin cütlükləri belədir:

  • "Turan Tovuz" – "Kəpəz" 
  • "Zirə" – "Sumqayıt" 
  • "Şamaxı" – "Qarabağ" 
  • "Sabah" – "Qəbələ" 

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları 3-4 fevral, cavab matçları isə 3-4 mart tarixlərində keçiriləcək.