Lebron Ceymsin 1297 oyunluq seriyası başa çatıb.

Offsideplus.az xəbər verir ki, ulduz basketbolçu Los Angeles Lakers klubunun səfərdə Toronto Raptors'ı məğlub etdiyi oyunda (123-120) 8 xalla çıxış edib.

O, 2007-ci ildən bəri ilk dəfə bir görüşdə 10 xaldan daha azını atıb.

Qeyd edək ki, L. Ceyms 2003-cü ildən NBA-də çıxış edir. 40 yaşlı basketbolçu 23-cü mövsümünü keçirir.