Azərbaycan Kubokunun 1/8 final mərhələsində son 14 mövsümün ən aşağı məhsuldarlıq göstəricisi qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, 8 qarşılaşmada cəmi 19 qol olub.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

1/8 finalda daha aşağı məhsuldarlığa sonuncu dəfə 2011/12 mövsümündə təsadüf olunub. Həmin vaxt 7 qarşılaşmada 14 qol vurulub. 

Qeyd edək ki, ötən mövsüm 1/8 finalda 27 qol qeydə alınmışdı.